31 yaşlı futbolçu vəfat etdi
Futbolçu Əhməd Refat 31 yaşında ürəktutmasından vəfat edib. O, Misirin "Fyuçe" klubunda çıxış edirdi.
90plus.az xəbər verir ki, Misir çempionatında martın 11-də "Əl-İttihad" klubu ilə oyunda futbolçunun ürəyi dayanıb və o, huşunu itirərək yerə yıxılıb. Daha sonra xəstəxanaya çatdırılan Refatın ürəyi bir saat döyünməyib. Bir aydan sonra evə buraxılan Misir millisinin üzvü müalicəsini davam etdirib.
Futbolçunun hansı səbəbdən vəfat etməsi ilə bağlı konkret məlumat verilməyib, lakin, vəziyyətinin kəskin pisləşdiyi və xəstəxanaya aparıldığı bildirilib.
Qeyd: Əhməd Refat Misir millisinin heyətində 7 oyunda iştirak edib və 2 qol vurub.
Mənbə: "Fyuçe" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved