Acun Ilıcalı: “Premyer Liqaya yüksəlsək, kimi tapsam alacağam”
Acun Ilıcalıdan Premyer Liqa planı: “Kimi tapsam alacağam”.
90plus.az xəbər verir ki, Acun Ilıcalı sahibi olduğu "Hall Siti"nin Premyer Liqaya yüksəlməsi halında izləyəcəyi transfer siyasətindən danışıb.
Türkiyəli iş adamı bildirib ki, əsas məqsəd baha ulduzlar almaq yox, dəyərini artıracaq futbolçular tapmaq olacaq:
“Premyer Liqaya yüksəlsək, kimi tapsam alacağam”.
Ilıcalı hazırda klubun transfer strategiyasından məmnun olduğunu da vurğulayıb:
“Şükürlər olsun ki, transferdə 1-i 3, 1-i 5 edərək irəliləyirik. Aldığımız futbolçuların indiki bazar dəyəri bizə gəldikdən sonra ciddi şəkildə artır”.
O əlavə edib ki, Premyer Liqada da eyni modeli tətbiq etmək istəyirlər:
“Gedib 30 milyona futbolçu almayacağıq. 5 milyona alacaqsan, sonra onun dəyəri 30 milyon olacaq. Ya da 10 milyona alacaqsan, 50 milyonluq oyunçuya çevriləcək”.
Qeyd: Acun Ilıcalıya məxsus “Hal Siti” İngiltərə Çempionşipində pley-off finalına yüksəlib.
Sergey Yakiroviçin rəhbərlik etdiyi “Pələnglər” Premyer Liqaya vəsiqə uğrunda finalda “Sauthempton” – “Midlsbro” cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionşip pley-off finalı mayın 23-də Wembley Stadium stadionunda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved