Acun İlıcalı: “Son anda qol buraxsaq dözə bilməzdim”
9 il sonra “Hall Siti”ni Premyer Liqaya qaytaran klubun sahibi Acun Ilıcalı təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, türkiyəli iş adamı İngiltərə mediasına bunları söyləyib:
“Bu, həyatımın ən yaxşı günüdür. Futbol tamam başqa hissdir.”
“Son 5 dəqiqədə tərpənə bilmirdim. Son anda qol buraxsaq buna dözə bilməzdim.”
“Bu, həyatımın videosudur. Ailəmlə birlikdə yaşadığım unudulmaz andır.”
Acun İlıcalı “Hall Siti”nin Premyer Liqaya yüksəlməsindən sonra Uembli Stadionunda Türkiyə bayrağını açaraq bayram sevincinə damğa vurdu.
84.506 azarkeşin önündə yaşanan həmin anlar sosial şəbəkələrdə böyük marağa səbəb oldu.
VİDEO: https://t.me/doxsanplus/117113
Qeyd: “Hall Siti” pley-off finalında “Midlzbro”nu 1:0 məğlub edərək Premyer Liqaya yüksəlib!
© Copyright 2026, All Rights Reserved