Alonsodan Arda Gülerə xüsusi tapşırıqlar olub
“Real Madrid” bu axşam 2025 FIFA Klub Dünya Çempionatında H qrupundakı ilk oyununda “Al-Hilal”la qarşılaşacaq. Bu görüş həm də komandanın yeni baş məşqçisi Xabi Alonsonun ilk rəsmi oyunu olacaq.
90plus.az xəbər verir ki, müdafiə xəttində Trent Aleksander-Arnold və Din Höyssenin, Raul Asensio və Fran Qarsiya ilə birlikdə meydana çıxacağı gözlənilir. Yarımmüdafiədə isə Cud Bellingem, Federiko Valverde və Orelien Tçuameni yer alacaqlar.
Kilian Mbappenin qızdırma səbəbindən oyunu buraxacağı ehtimal olunur. İspaniyanın “AS” nəşri yazır ki, bu halda Arda Gülərin sağ cinahda start heyətində meydana çıxması mümkündür. Sol cinahda Vinisius, hücumun mərkəzində isə Rodriqo oynayacaq.
Xabi Alonso məşqlərdə Arda Gülərin çıxışına xüsusi diqqət yetirib. “AS” qeyd edir ki, o, dünənki açıq məşqdə 19 yaşlı futbolçuya “xüsusi tapşırıqlar” verib. Bu isə Gülərin özünü göstərməsi üçün real fürsət yaradır.
AFİŞA: Saat 23:00 Real Madrid – Al Hilal (İspaniya - Səudiyyə Ərəbistanı)
Yayım: TRT 1, DAZN, Okko Sport, Digiturk Play Turkey, tabii Turkey
© Copyright 2026, All Rights Reserved