Ançelotti Arda Gülerin zədəsi haqda danışdı
Karlo Ançelotti Arda Gülərin zədəsi barədə danışdı: “Bu, böyük itkidir”.
90plus.az xəbər verir ki, “Real Madrid”in sabiq baş məşqçisi Karlo Ançelotti komandanın türkiyəli futbolçusu Arda Gülərin zədəsi ilə bağlı fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis bu vəziyyəti həm futbolçu, həm də komanda üçün ciddi itki kimi qiymətləndirib:
“Bu, təəssüf doğurur… həm onun üçün, həm də komanda üçün böyük itkidir.”
Ançelotti bildirib ki, Arda son dövrlərdə inkişaf edirdi və özünə inam qazanırdı:
“Arda addım-addım inkişaf edirdi, özünə inam qazanırdı və keyfiyyətini göstərirdi. Amma belə zədə hər şeyi dayandırır.”
İtaliyalı çalışdırıcı qeyd edib ki, futbolçunun aldığı “biseps femoris” zədəsi tələskənlik tələb etmir ( ℹ️: Bu əzələ budun arxa hissəsində yerləşir və qaçış, sürətlənmə, ani dayanma və istiqamət dəyişmə kimi hərəkətlərdə əsas rol oynayır)
“Bu, tələskən yanaşılacaq zədə deyil. Səbirli olmaq və çox diqqətli davranmaq lazımdır.”
Baş məşqçi gənc oyunçular üçün belə məqamların çətin olduğunu da vurğulayıb:
“Gənc futbolçu üçün bu cür anlar çətindir. Amma bu da inkişaf yolunun bir hissəsidir.”
Ançelotti Ardanın diqqətini bərpa prosesinə yönəltməli olduğunu deyib:
“O, sakit qalmalı, bərpaya fokuslanmalı və daha güclü qayıtmalıdır.”
Mütəxəssis əlavə edib ki, hazırda əsas məqsəd mövsüm deyil, futbolçunun gələcəyidir:
“Hazırda ən vacib hədəf mövsüm deyil, onun gələcəyidir və təbii ki, Dünya Çempionatı.”
Sonda Ançelotti Ardanın geri qayıdacağına inandığını bildirib:
“Onun istedadını nəzərə alsaq… o, qayıdacaq. Buna heç bir şübhə yoxdur.”
© Copyright 2026, All Rights Reserved