Ançelotti daha 4 il Braziliya millisində
İtaliyalı mütəxəssis Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası ilə yeni dördillik müqavilə imzalamağa yaxındır. Bu barədə The Athletic məlumat yayıb.
90plus.az xəbər verir ki, razılaşma rəsmiləşdirildikdən sonra Ançelotti 2030-cu ilin yayına qədər Braziliya millisinin baş məşqçisi vəzifəsində qalacaq. Mənbələrin bildirdiyinə görə, tərəflər arasında yekun imzalar atılmasa da, rəsmi açıqlama sadəcə formal xarakter daşıyır.
Avropanın aparıcı klublarında — “Real Madrid”, “Milan” və “Çelsi”də zəngin təcrübəyə malik olan Ançelotti taktiki biliyi və liderlik keyfiyyətləri ilə yüksək qiymətləndirilir. Onun Braziliya millisində qalması 2030-cu il dünya çempionatı dövrü ərəfəsində komanda üçün mühüm üstünlük hesab olunur.
© Copyright 2026, All Rights Reserved