Anxel Di Mariya “Benfika”ya vida söylədi
Anxel Di Mariya mövsümün sonunda “Benfika”dan ayrılmaq qərarına gəlib.
90plus.az xəbər verir ki, 37 yaşlı argentinalı vinger “Benfika” ilə son oyununu keçirib və azad agent kimi karyerasında yeni bir səhifə açmağa hazırlaşır.
Di Mariya son oyun günündə "Braqa" ilə 1:1 hesablı heç-heçədən edərək Primeira Liqa çempionluğunu əldən verdi.
"El Fideo” hətta FIFA Klub Dünya Çempionatında da iştirak etməyəcək.
Anxel Di Mariya təəssüratlarını İnstagramda yazıb: "Bu, liqada istədiyimiz sonluq deyildi. Məqsədimizə çatmaq üçün çox çalışdıq.
Uzun illərdən sonra belə getmək çətindir. Bu forma ilə son liqa oyunum idi və onu yenidən geyinə bildiyim üçün qürur duyuram.
"Bizim hələ bazar günü finalımız var və biz onu qazanmaq üçün bütün iradəmiz və sevincimizlə oyuna girəcəyik. Həmişə olduğu kimi, birlikdə. Dəstəyiniz üçün təşəkkür edirik..."
Di Mariya "Benfika"da 212 oyuna çıxıb və 47 qol vurub (İki dönəm: 2007-2010 və 2023-cü ildən bu yana).
37 yaşlı futbolçu bu mövsüm klubda 39 dəfə meydana çıxıb, 15 dəfə fərqlənib və 9 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved