Aquero "Real"a ilişdi: Yamal Vinisiusdan yaxşıdır
Sabiq argentinalı oyunçu Serxio Aquero Yamalı Vinisiusdan üstün tutdu.
90plus.az xəbər verir ki, sabiq "Barselona"lı futbolçu sosial mediada açdığı canlıda bu fikirləri səsləndirib:
”Lamin Yamal Vinisiusdan daha istedadlıdır, baxmayaraq ki, Vinisius Madrid ilə qazandığı titullarla daha çox təcrübəyə malikdir. Vinisius dünyada "ilk 3-lük"dədir, lakin yaş və istedad baxımından Lamineyə üstünlük verirəm. Hücumçu kimi hər ikisi ilə oynamaq istəyərdim”.
Mənbə: Mundo Deportivo
© Copyright 2026, All Rights Reserved