Arda Turan UEFA-ya cərimə ödəməlidir
UEFA Konfrans Liqasının 1/4 final mərhələsində keçirilən “Şaxtyor” – “AZ Alkmaar” (2:2) cavab oyunu qalmaqallı anlarla yadda qalıb. Qarşılaşmada baş verən hadisələrə görə UEFA Ukrayna klubuna maliyyə sanksiyaları tətbiq edib.
90plus.az xəbər verir ki, qurumun açıqlamasına əsasən, Donetsk təmsilçisi rəqib futbolçu İsak Jensenə qarşı kobud və intizamsız davranışlara yol verdiyi üçün 20 min avro cərimələnib. Bundan başqa, matç zamanı tibbi prosedur və qaydalara əməl olunmadığı üçün kluba əlavə 10 min avro cəza kəsilib.
Hadisələr məşqçilər heyətinə də təsirsiz ötüşməyib. Komandanın baş məşqçisi Arda Turan prosedur qaydalarını pozduğuna görə 20 min avro cərimə olunub.
Buna baxmayaraq, “Şaxtyor” iki oyunun nəticəsinə əsasən “AZ Alkmaar”ı mübarizədən kənarlaşdıraraq UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yüksəlib.
© Copyright 2026, All Rights Reserved