Arda Turanın komandası Lvovda ilişdi
90plus.az xəbər verir ki, türkiyəli mütəxəssis Arda Turanın baş məşqçi olduğu Ukrayna təmsilçisi "Şaxtyor Donetsk", Premyer Liqada səfərdə "Karpatı Lvov" qarşısında qələbəni son dəqiqələrdə əldən verdi – 3:3.
Lvov şəhərindəki "Ukrayna" stadionunda baş tutan qarşılaşmada hesabı 9-cu dəqiqədə "Şaxtyor"un futbolçusu Nyuerton açdı. Lakin meydan sahibləri 18-ci dəqiqədə İqor Nevesin qolu ilə bərabərliyi təmin etdilər.
23-cü dəqiqədə Kaua Elias qonaqları yenidən önə keçirsə də, 77-ci dəqiqədə "Karpatı Lvov"dan Bruno Roberto hesabı yenidən bərabərləşdirdi – 2:2.
82-ci dəqiqədə Alisson Santana "Şaxtyor"u üçüncü dəfə önə çıxardı, lakin 90+1-ci dəqiqədə İhor Krosnopyorun vurduğu qol matçın son nəticəsini müəyyənləşdirdi – 3:3.
Bu nəticə ilə "Karpatı Lvov" mövsümdə ilk xalını qazandı, "Şaxtyor Donetsk" isə xallarını 4-ə çatdırdı.
© Copyright 2026, All Rights Reserved