Argentina Kolumbiyaya 1 xal verdi
2026-cı il Dünya Çempionatının seçmə mərhələsində Argentina və Kolumbiya arasında Buenos-Ayresdə keçirilən oyun 1:1 hesabı ilə başa çatdı.
90plus.az xəbər verir ki, Argentina artıq turnirə vəsiqəni təmin etmişdi, lakin Kolumbiya üçün bu nəticə vacib xal qazandırdı.
Oyun Kolumbiyanın üstünlüyü ilə başladı. 24-cü dəqiqədə "Liverpul"un ulduzu Luiş Dias möhtəşəm solo reydlə Argentina müdafiəsini keçərək hesabı açdı. Argentina isə ilk hissədə bir neçə imkan yaratsa da, Enzo Fernandesin qolu ofsayd səbəbilə sayılmadı.
İkinci hissədə Argentina təzyiqi artırdı, lakin 70-ci dəqiqədə Enzo Fernandesin kolumbiyalı Kevin Kastanoya qarşı sərt müdaxiləsi nəticəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovuldu. Kastano baş nahiyəsindən ciddi zədə aldı və oyunu tərk etdi.
78-ci dəqiqədə Lionel Messi əvəz olundu. Bu dəyişiklik nəticə verdi: 81-ci dəqiqədə Tiaqo Almada hesabı bərabərləşdirdi.
Luis Diazın vurduğu solo qol: https://t.me/doxsanplus/103963
Bu nəticə ilə Kolumbiya ardıcıl üçüncü heç-heçəsini əldə etdi və son iki oyunda — Boliviya və Venesuela ilə qarşılaşmalarda Dünya Çempionatına birbaşa vəsiqə qazanmaq şansını qorudu.
© Copyright 2026, All Rights Reserved