“Arsenal” büdrədi, “Man Siti” sevindi
“Arsenal” səfərdə büdrədi – liderlik yarışı qızışır.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının növbəti turunda “Arsenal” səfərdə “Brentford”la heç-heçə edib və turnir cədvəlinin zirvəsində xal fərqini artırmaq şansını əldən verib.
Rəqib komandadan vinger Kin Lyuis-Potter “Arsenal”ın 3 xalı qazanmasına imkan vermədi:
Brentford 1 - 1 Arsenal
N. Madueke 61’
L. Levis Potter 71’
Hazırda “Mançester Siti” ilə xal fərqi cəmi 4-dür!
“Topçular” ötən turda “Mançester Siti”nin qələbəsindən sonra altı xallıq üstünlüyünü bərpa etmək imkanı qazanmışdı. Lakin Mikel Artetanın komandası mövsüm ərzində evdə cəmi iki dəfə uduzan rəqib qarşısında çətinlik yaşadı.
London təmsilçisi növbəti turda autsayder “Vulverhempton”u qəbul edəcək və qalib gələcəyi təqdirdə yenidən ciddi üstünlük əldə edə bilər.
“Brentford” isə bir daha göstərdi ki, mövsümün sürpriz komandalarından biridir. Hazırda yeddinci pillədə qərarlaşan komanda avrokuboklar uğrunda mübarizəni davam etdirir.
© Copyright 2026, All Rights Reserved