“Arsenal”dan Rodriqoya TOP kimi təklif var!
“Arsenal”dan Rodriqoya aparıcı rol təklifi – əsas fiqur kimi görülür.
90plus.az xəbər verir ki, “Arsenal” klubu “Real Madrid”in ulduzu Rodriqonu heyətinə qatmaq üçün iddialı planlar qurur. İngiltərə təmsilçisi braziliyalı futbolçuya azad və sərbəst oyun imkanı olan, xüsusilə sol cinahda onun bacarıqlarını tam göstərə biləcəyi bir layihə təqdim etməyə hazırdır.
Fabrizio Romano və The Athleticin məlumatına görə, “Topçular” Rodriqonu 2025/26 mövsümündə komandanın əsas fiquru və hücumun aparacı qüvvəsi kimi görmək niyyətindədir. Klub rəhbərliyi əmindir ki, ona liderlik rolu verilərsə, Rodriqo tam potensialını nümayiş etdirə bilər.
Hazırda London təmsilçisi Rodriqonun “Real Madrid”dəki gələcəyi ilə bağlı vəziyyətin dəqiqləşməsini gözləyir. Lakin mənbələr qeyd edir ki, “Arsenal” bu prosesi sonsuzadək gözləmək niyyətində deyil və tezliklə konkret addımlar atıla bilər.
Qeyd: Rodriqo 2024/25 mövsümündə “Real”ın heyətində 53 oyuna çıxaraq 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Klubların Dünya Çempionatındakı zəif çıxışı onu Alonsonun favoritləri sırasına girməyə imkan verməyəcək.
© Copyright 2026, All Rights Reserved