“Atletiko” uddu, Barrios dubl etdi!
Pablo Barriosun dublu “Atletiko Madrid”ə "Sietl Saunders” üzərində 3:1 hesablı qələbə qazandırdı və İspaniya klubunun B qrupundakı çıxışını yenidən yoluna qoydu.
90plus.az xəbər verir ki, Aksel Vitsel də fərqləndi və “Atletiko” Parisdə PSJ-yə 0:4 hesabı ilə uduzduğu Klubların Dünya Çempionatındakı ilk oyunundan sonra “Sietl”in ev meydanında qələbəyə nail oldu.
Bu nəticə “ruxiblankos”u PSJ və “Botafogo” ilə xallar baxımından bərabərləşdirdi. Həmin iki komandanın oyunu bitənə qədər belə olacaq.
Albert Rusnak ikinci hissədə fərqlənsə də, ardıcıl ikinci oyunda öz meydanında məğlub olaraq “Sietl” növbəti mərhələdən kənarda qalmaq təhlükəsi ilə üzləşdi. Əgər PSJ “Botafogo”ya qarşı oyunda qalib gəlsə və ya heç-heçə etsə, “Sounders”in növbəti mərhələyə çıxmaq ümidləri rəsmən sona çatacaq.
Qeyd: 22 yaşlı Barrios hər iki hissənin əvvəlində vurduğu qollarla peşəkar klub karyerasında ilk dublunu etdi.
© Copyright 2026, All Rights Reserved