AVRO 2024: 1/8 final mərhələsi başlayır!
Almaniyanın ev sahibliyi etdiyi AVRO-2024-ün son 1/8 final turunun həyəcanı sabah İsveçrə-İtaliya və Almaniya-Danimarka matçları ilə başlayacaq.
90plus.az xəbər verir ki, A qrupunda Almaniya və İsveçrə, B qrupunda İspaniya və İtaliya, C qrupunda İngiltərə və Danimarka, D qrupunda Avstriya və Fransa, E qrupunda Rumıniya və Belçika, F qrupunda Portuqaliya və Türkiyə 1/8 finala vəsiqə qazanıblar.
Sloveniya, Hollandiya, Slovakiya və Gürcüstan da ən yaxşı 4 qrup üçüncüsü arasına girərək son 1/8 finalda oynamağa haqq qazanıblar.
Qalib komandanın 1/4 finala yüksələcəyi mərhələ sabah 2 yarışla başlayacaq.
29.06.2024
Saat 20:00 İsveçrə-İtaliya
Saat 23:00 Almaniya-Danimarka
© Copyright 2026, All Rights Reserved