AVRO 2024: UEFA 2 hakimi uzaqlaşdırdı!
1/8 final öncəsi UEFA iki hakimlə bağlı gözlənilməz qərar verib.
90plus.az xəbər verir ki, UEFA Fransanın Avstriyanı 1:0 məğlub etdiyi matçda qarşılaşmanı idarə edən ispaniyalı hakim Gil Manzanonun oyunda etdiyi səhvin nəticəyə birbaşa təsir etməsi səbəbindən onu işindən uzaqlaşdırıb. Qarşılaşmada Avstriyanın lehinə künc zərbəsi təyin edilməli olduğu halda, Manzano qol zərbəsini göstərib. Bu qol zərbəsi ilə başlayan mövqedə Fransa qol vuraraq 1-0 önə keçib.
İşindən uzaqlaşdırılan digər hakim isə Macarıstanın Şotlandiyanı 1:0 hesabı ilə məğlub edən oyununda VAR funksiyasını yerinə yetirən Alejandro Jose Hernandez olub.
Bu matçda baş hakim Fakundo Tello macar oyunçu Orbanın cərimə meydançasında şotlandiyalı Armstronqa qarşı etdiyi hərəkətə görə "Davam etmək" qərarını verib. Bu zaman oyunun VAR funksiyasını yerinə yetirən Hernandez dəqiq penalti olan vəziyyətdə Tellonu monitora dəvət etməyib. Bu səhv oyunun nəticəsinə ciddi təsir etdiyi üçün UEFA Hernandezi turnirdən göndərmək qərarına gəlib.
© Copyright 2026, All Rights Reserved