AVRO 2024-ün bombardiri Mikautadzeni alırlar
Mikautadzenin karyerasını "Monako"da davam etdirəcəyi gözlənilir.
90plus.az xəbər verir ki, Fransanın "Mets" klubunun və Gürcüstan millisinin oyunçusu Jorj Mikautadzenin "Monako"ya transfer olunacağı gözlənilir.
"Monako" klubu artıq gənc futbolçu ilə razılaşıb. Klub “Mets”ə transfer qiyməti ilə bağlı təklif göndərib. Fransa klubunun məqsədi AVRO 2024-ün sonuna qədər gürcüstanlı futbolçunun transferi üçün bütün məsələləri həll etməkdir.
© Copyright 2026, All Rights Reserved