AVRO-2024: Varqanın beyni silkələnib, üz sümükləri sınıb
Dünən Avro-2024-ün A qrupunun sonuncu oyununda - Şotlandiya - Macarıstan matçında (0:1) huşunu itirərək yıxılan macar futbolçu Barnabas Varqanın son vəziyyəti açıqlanıb.
90plus.az xəbər verir ki, Macarıstan Futbol Federasiyası Varqanın üzündə bir neçə sümük sındığını və beyin silkələnməsi keçirdiyini açıqlayıb.
Bununla belə baş məşqçi Marko Rossi bunları söyləyib: "Varqanın həyatı təhlükədə deyil. O yalnız bir əməliyyat keçirəcək".
Qeyd: həkimlər onun bu turnirdə meydana çıxmamasını məsləhət görüb.
Varqanın huşunu itirdiyi anlar: https://t.me/doxsanplus/84795
© Copyright 2026, All Rights Reserved