Avropa çempionu oldu, “boz qurd”la qeyd etdi
Türk güləşçi Avropa çempionu olub qələbəsini “boz qurd” işarəsi ilə qeyd etdi.
90plus.az xəbər verir ki, 20 yaşadək gənclər arasında Avropa Güləş Çempionatında qızıl medal qazanan Alperen Berber qələbəsini tarixi türk simvollarından olan boz qurd işarəsi ilə qeyd edib.
Qeyd: Berber 82 kiloqram çəki dərəcəsində finalda azərbaycanlı İsmayıl Rzayevə 8:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
© Copyright 2026, All Rights Reserved