Avstriya matçında Montelladan Arda Gülər qərarı!
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avstriya matçında ilk 11-də dəyişiklik edərək, Ardaya yeni tapşırıq verib.
90plus.az xəbər verir ki, Avstriya matçının start 11-ni təyin etməyə başlayan Montella sarı vərəqə alan Hakan Çalhanoğlu və Samet Akaydının yoxluğunda yeni qərarlar verib. Baş məşqçi Arda Güləri mərkəz hissəyə keçirib. Sağ cinaha isə İrfan Can Kahveci və ya Kerem Aktürkoğlunu təyin etməyi planlaşdırır. Samet Akaydının yerində isə cəzası bitən Abdülkerim Bardakcı yer alacaq.
© Copyright 2026, All Rights Reserved