Azərbaycan güləşçiləri Avropa çempionu olublar
Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında Azərbaycanın sərbəst güləş üzrə millisi komanda hesabında birinci olub.
90plus.az xəbər verir ki, 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Çempionatda Türkiyə 2-ci, Gürcüstan isə 3-cü yeri tutub.
Qeyd: Azərbaycan millisinin heyətində Xetaq Karsanov qızıl, Vasif Bağırov, Camal Abbasov, Sadiq Mustafazadə və Anar Cəfərli gümüş, Yusif Dursunov isə bürünc medal qazanıb.
Mənbə: Azərbaycan Güləş Federasiyasının media hesabı
© Copyright 2026, All Rights Reserved