Azərbaycan klubları: Günün gəliş-gedişləri
Bu gün Azərbaycan futbol klublarında 1 ayrılıq, 1 transfer baş tutub.
90plus.az xəbər verir ki, "Sabah" futbol klubu oyunçusu İshak Belfodillə anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verib.
Hücumçu son mövsümdən bəri "Sabah"da çıxış edirdi.
"Turan Tovuz" klubu isə gənc oyunçu İbrahim Ramazanovu heyətinə qatıb. Onunla illik anlaşma bağlanıb.
Oyunçunun son forma geyindiyi komanda isə "Qəbələ" olub.
© Copyright 2026, All Rights Reserved