"Azərbaycana qayıtmayacağım dəqiqdir" - Coşqun Diniyev
Türkiyənin "Ümraniyəspor" klubundan ayrılan yerli futbolçu Coşqun Diniyev çıxış edəcəyi çempionatın adını açıqlayıb.
90plus.az xəbər verir ki, gənc oyunçu Türkiyə I Liqa klubunda çıxış edəcək. Futbolçu "Azərbaycana qayıtmayacağım dəqiqdir. Türkiyə I Liqa klubları ilə danışıqlar aparıram. Mənim üçün ən yaxşı olan komanda üzərində dayanacağam. Danışıq apardığım klublar arasında iddialı olan da var. Təbii ki, bu işin maddi tərəfini də düşünməliyik. Yaxın günlərdə qərar verəcəyəm" - deyə qeyd edib.
© Copyright 2026, All Rights Reserved