Baccio: “Pele və Maradona səviyyəsində deyiləm”
Roberto Baccio: “Özümü Pele və Maradona ilə eyni səviyyədə görmürəm”.
90plus.az xəbər verir ki, İtaliyanın əfsanəvi futbolçusu Roberto Baccio özünün Pele və Dieqo Maradona ilə müqayisə olunmasına münasibət bildirib.
“Football Italia” nəşri “Qızıl top” sahibi olan keçmiş hücumçunun fikirlərinə yer verib. Baccio futbol tarixinin iki ən böyük siması ilə eyni səviyyədə göstərilməsini düzgün hesab etmədiyini bildirib:
“Özümü Pele və Maradona ilə eyni pillədə görmürəm. Ümumiyyətlə, onlarla müqayisə olunmaq çətindir. Heç vaxt onların səviyyəsində olduğumu düşünməmişəm. Həmişə özümü bu dünyada yaşayan milyardlarla insandan biri hiss etmişəm. Yaxşı futbol oynadığıma və sevdiyim işi gördüyümə görə bəxtim gətirib. Amma Pele və Maradona məndən daha üstündür”, – deyə Baccio vurğulayıb.
Qeyd: Roberto Baccio 1990-cı illərdə İtaliya futbolunun simalarından biri olub. O, 1994-cü il Dünya Çempionatında İtaliya millisinin finala qədər yüksəlməsində mühüm rol oynamışdı.
© Copyright 2026, All Rights Reserved