Badri Kvaratsxeliya oğlu barədə açıqlama verdi
Kvaratsxeliya PSJ-də qalır – atasından transfer açıqlaması gəldi.
90plus.az xəbər verir ki, Xviça Kvaratsxeliyanın gələcəyi ilə bağlı yayılan iddialara aydınlıq gətirilib. Futbolçunun atası Badri Kvaratsxeliya oğlunun Paris Sen-Jermendən ayrılmaq fikrində olmadığını bildirib.
Badri Kvaratsxeliya açıqlamasında qeyd edib ki, Xviça hazırda Paris klubunda özünü xoşbəxt hiss edir:
“Onun PSJ-dən ayrılması gündəmdə deyil. Xviça Parisdə xoşbəxtdir, klubda ona böyük dəyər və hörmət göstərilir. Komanda ilə titullar qazanır və əsas oyunçulardan biridir. Belə olan halda niyə başqa yerə getməyi düşünsün?”
O, həmçinin əlavə edib ki, mümkün ayrılıq yalnız klubun qərarından asılı ola bilər:
“Əgər PSJ əməkdaşlığı davam etdirmək istəməsə, o zaman variantları nəzərdən keçirə bilərik. Amma hazırda belə bir məsələ müzakirə olunmur”.
Qeyd: Badri Kvaratsxeliya vaxtilə Azərbaycan millisində və “Şəmkir” klubunda çıxış edib.
© Copyright 2026, All Rights Reserved