“Barsa”nın səfərdə uğur seriyası 15-ə çatdı
“Barselona" "Real Valyadolid"i məğlub edərək La Liqanın zirvəsində "Real Madrid"i 7 xal qabaqlayır…
1. Barselona - 79 xal;
2. Real Madrid - 72 xal.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 34-cü turunda səfərə yollanan Kataloniya təmsilçisi əlidolu qayıdır, Rafinya La Liqada mövsümün 16-cı qolunu vurur:
Valyadolid 1 - 2 Barselona
İ. Sançes 6’
Rafinya 54’
F. Lopes 60’
Qollar:
https://t.me/doxsanplus/102339
https://t.me/doxsanplus/102343
Qeyd: "Barselona" 15 La liqa səfərində məğlub olmayıb, 13 qələbə qazanıb…
"Barselona" tarixində 5-ci ən məhsuldar mövsümünü keçirir. Hans Flikin komandası La Liqanın 34-cü turunda "Valyadorid"ə qalib gəlməklə (2:1) cari mövsüm bütün turnirlərdə 160 dəfə rəqib qapılarına yol tapıb.
Kataloniya təmsilçisi bunu 55 matçda bacarıb və hələ azı 5 oyun da keçirəcək:
➖ 2011/12 mövsümü - 190 qol
➖ 2014/15 mövsümü - 175 qol
➖ 2015/16 mövsümü - 173 qol
➖ 2016/17 mövsümü - 171 qol
➖ 2024/25 mövsümü - 160 qol
© Copyright 2026, All Rights Reserved