“Barselona” Messiyə olan borcunu bağladı
“Barselona” 2020-ci ildəki maliyyə böhranı zamanı təxirə salınan maaşların sonuncu hissəsini – 16 milyon avronu ödəyib və klubun ən böyük borc məsələlərindən birini rəsmi olaraq bağlayıb.
90plus.az xəbər verir ki, klub ümumilikdə 121,7 milyon avroluq təxirə salınmış maaş öhdəliyini tam şəkildə yerinə yetirib (📰: Culemania).
“Qalan oyunçular 2021-ci ilin dekabrından 2025-ci ilin iyununa qədər olan müddətdə maaşların 42,9 faiz sabit hissəsinin və bonusların 100 faizinin 8 hissədə ödənməsi ilə razılaşmışdı”, – deyə klubun açıqlamasında qeyd olunub.
Bu son ödənişdə ən böyük payı Lionel Messi alıb – 5,96 milyon avro. Onunla yanaşı Samuel Umtiti, Serxio Buskets və Antuan Qrizmann da ciddi məbləğlər əldə ediblər.
Bununla da “Barselona” maaşların təxirə salınması ilə bağlı planı rəsmi şəkildə bağlayır və yeni mövsümə bu istiqamətdə borcsuz başlayır.
© Copyright 2026, All Rights Reserved