"Barselona" Joan Qamper Kubokunu qazandı
"Barselona" Joan Qamper Kubokunu darmadağınla qazandı.
90plus.az xəbər verir ki, "Barselona" yeni mövsüm hazırlıqları çərçivəsində təşkil olunan ənənəvi Joan Qamper Kubokunda İtaliyanın "Komo" klubunu 5:0 hesabı ilə məğlub edib.
Kataloniya nəhəngi bu mötəbər qarşılaşmanı "Yohan Kroyff" stadionunda keçirib və azarkeşlərinə şou bəxş edib. Matçda "Barselona"nın heyətində əsasən akademiyadan yetişən futbolçular fərqlənib.
Komandanın gənc yetirmələri Lamine Yamal və Fermin Lopes dubl edərək parlaq performans sərgiləyiblər. Digər qolu isə Rafinya vurub.
Bu qələbə ilə "Barselona" tarixində 47-ci dəfə Joan Qamper Kubokunu muzeyinə aparıb.
© Copyright 2026, All Rights Reserved