"Bayern" çempion oldu, Keyn sonunda kubok qazandı
“Bayern Münhen” 33-cü dəfə Bundesliqa çempionu oldu.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasında 2-ci yerdə olan "Bayer Leverkuzen" "Frayburq" səfərində xal itirdi və bundan sonra "Bayern Münhen"in çempionluğu dəqiqləşib.
Klub son 13 mövsümdə 12-ci ölkə çempionluğunu qazandı.
Frayburq 2-2 Bayer Leverkuzen
M. Eggestein 44’
Hincapie 48’ (ö.q.)
F. Virts 82’
C. Tah 90+2’
Bu nəticə ilə 2-ci yerdəki “Leverkuzen” liderdən 8 xal geri düşür və “Bayern Münhen” əlçatmaz olur, çempionluğunu rəsmiləşdirir.
Harri Keyn isə rəsmən ilk karyera titulunu qazandı.
© Copyright 2026, All Rights Reserved