“Bayern”, “Liverpul” və “Arsenal” onu istəyir
“Arsenal” Bredli Barkola ilə maraqlanır.
90plus.az xəbər verir ki, “Arsenal” yay transfer dönəmində daha bir istedadlı futbolçunun keçidini hədəfə alıb. London təmsilçisi PSJ-də çıxış edən Bredli Barkolanı transfer etmək istəyir.
22 yaşlı fransız hücumçu ilə artıq “Bayern Münhen” və “Liverpul” klubları da maraqlanır. Beləliklə, “Arsenal” da bu yarışa qoşulan son klub olub.
Barkola 2024/25 mövsümündə PSJ forması ilə 60 oyuna çıxaraq 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Onun yüksək performansı aparıcı Avropa klublarının diqqətindən yayınmayıb.
Qeyd: Bredli Barkola PSJ-yə 2023-cü ilin yayında “Lion”dan transfer olunub.
© Copyright 2026, All Rights Reserved