“Bayern” rəhbəri: “Azarkeşlərimiz bununla fəxr edə bilər”
"Bayern" rəhbərindən sərt mesaj: “Pul hər şey deyil”.
90plus.az xəbər verir ki, "Bayern Münhen" klubunun icraçı direktoru Yan-Kristian Drezen Avropa futbolunun maliyyə balansı və rəqabət mühitinə dair mühüm açıqlamalar verib.
Drezen bildirib ki, “Bayern” xarici investor təsirindən tam azad klub kimi fəaliyyətini davam etdirir və bu, klubun əsas güc mənbələrindən biridir:
“Biz müstəqilik, heç bir investor bizim istiqamətimizi müəyyən etmir. Bu, "Bayern Münhen"i xüsusi edən amildir və azarkeşlərimiz bununla fəxr edə bilər.”
Bununla belə, klub rəhbəri xüsusilə Premyer Liqa klublarının maliyyə üstünlüyünün getdikcə daha böyük problem yaratdığını da etiraf edib:
“Biz öz mövqeyimizi qorumağa çalışırıq, amma bu getdikcə çətinləşir – xüsusilə Premyer Liqanın maliyyə gücü qarşısında.”
Drezen eyni zamanda bu mövsüm Avropa futbolunda rəqabətin balanslı olduğunu vurğulayıb və bir çox favoritlərin turniri erkən tərk etdiyini xatırladıb:
“İnsanlar 1/8 finalda altı İngiltərə klubundan danışırdı. İndi isə cəmi bir İngiltərə klubu qalıb. Dörd fərqli liqadan komandaların yarımfinalda olması Avropa futbolunun keyfiyyətini göstərir.”
"Bayern" rəhbəri klubun UEFA reytinqində də irəlilədiyini qeyd edib:
“Biz "Real Madrid"i keçərək UEFA-nın 10 illik reytinqində birinci yerə yüksəlmişik. Biz fərqli şəkildə işləyirik, amma heç də az uğurlu deyilik.”
Açıqlamalar Avropa futbolunda maliyyə və idman balansı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
© Copyright 2026, All Rights Reserved