90 il sonra Belçika çempionu oldular
Belçika 1-ci Futbol Liqası son tur matçında “Yunion Sent Jilluaz” komandası “Gent”i 3-1 məğlub edərək 90 ildən sonra ölkə çempionu oldu.
90plus.az xəbər verir ki, Josef Marien stadionunda keçirilən oyunda xorvat hücumçu Franjo İvanoviç 11-ci dəqiqədə fərqlənərək ev sahiblərini 1:0 hesabı ilə önə keçirdi.
“Gent”in islandiyalı hücumçusu Andri Gudyonsen 45-ci dəqiqədə hesabı bərabərləşdirdi.
İkinci yarıda üstünlüyü yenidən ələ keçirən “Royale Yunion”un kanadalı hücumçusu Promise Akinpelu 68 və 75-ci dəqiqələrdə iki qol vuraraq komandasına qələbəni gətirdi.
Belçikada normal mövsümü 3-cü yerdə başa vuran “Royal Yunion” 1934-35 mövsümündən sonra ilk, ümumilikdə isə 12-ci dəfə çempionluq sevinci yaşadı.
© Copyright 2026, All Rights Reserved