Bellingem əməliyyata hazırlaşır, meydandan uzaq qalacağı müddət bilinib
Cud Bellinqem artıq bir mövsümdən çoxdur ki, sağ çiynindəki problem səbəbindən əziyyət çəkir və bu zədə hələ də tam sağalmayıb.
90plus.az xəbər verir ki, ötən həftə futbolçu Klubların Dünya Çempionatından sonra əməliyyat olunacağını açıqlayıb. Bu xəbər Bellinqemin 2025-ci ilin qalan hissəsini buraxa biləcəyi qorxusu yaratmışdı.
Lakin “Diario AS” nəşrinin məlumatına görə, ingiltərəli yarımmüdafiəçi əməliyyatdan sonra cəmi 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Çiynindəki zədə ilə bağlı danışan Cud Bellinqem bildirib:
“İndi əvvəlkindən daha yaxşıdır, amma artıq bandajla (qolun sarğısı ilə) oynamaqdan bezmişəm. O qədər tərləyirəm ki, oyunlardan sonra xeyli çəki itirmişəm.”
“Turnirdən sonra əməliyyat olunacağam. Tibbi heyət əla iş görür, amma mən sadəcə ağrısız oynamaq istəyirəm.”
Qeyd: Bellinqem çiynini 2023-cü ilin noyabrında çıxardıqdan sonra 599 gün ərzində ağrılara rəğmən 100 oyunda forma geyinib.
Amma planlaşdırılmış əməliyyatdan sonra o, 2025/26 mövsümünün oktyabrında “Real Madrid” üçün tam formada meydana qayıdacaq.
© Copyright 2026, All Rights Reserved