Ben Deyvis: "Döyüşü qazanmaq üçün yıxılsan da, qalxmalısan"
"Tottenhem"in müdafiəçisi Ben Deyvis "Qarabağ"la matçdan sonra jurnalistlərə müsahibə verib.
90plus.az həmin müsahibəni təqdim edir:
"Azlıqda qalsaq da, buna uyğunlaşdıq. Öz növbəmdə komandama kömək edə bildiyim üçün məmnunam. Hər oyuna ciddi yanaşırıq və qələbə qazanmağa çalışırıq.
Qırmızı vərəqədən sonra çətin olacağını bilirdik. Buna baxmayaraq, döyüşü qazanmaq üçün yıxılsan da, qalxmalısan. Çox çalışdıq. Bu matçda az şey xeyrimizə olsa da, sonda layiqli qələbə qazandıq. Əlimizə düşən şansları dəyərləndirdik, qapıçımız da yaxşı seyvlər etdi".
Qeyd: "Qarabağ" səfərdə "Tottenhem"ə 3-0 hesabı ilə məğlub oldu.
© Copyright 2026, All Rights Reserved