"Bir az səbrli olmalıyıq" - Samir Abbasov
Samir Abbasov oyundan sonra jurnalistlərin qabağına çıxıb.
90plus.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 6-cı turunda "Şamaxı"ya 0:1 hesabı ilə uduzduqları matçı şərh edib.
"Tez qol buraxdıq. Hesabı bərabərləşdirmək üçün fürsətimiz oldu. Amma yararlana bilmədik. Oyunun sonunda rəqib qapandıqca bizim qol vurmağımız çətinləşdirdi. Gələcək oyunlara hazırlaşacağıq. Belə period hər komandanın başına gəlir. Keçən il də belə problemlər yaşamışdıq. Çətin anlarda bir az səbrli olmalıyıq".
© Copyright 2026, All Rights Reserved