“Botafoqo” tərəfi PSJ qələbəsi barədə danışdı
Klubların Dünya Çempionatında indiyə qədərki ən böyük sürprizlərdən biri "Botafoqo 1 - 0 PSJ" matçından sonra “Botafoqo”nun baş məşqçisi Renatu Payva Braziliya klublarının turnirdəki uğurlu çıxışlarını vurğulayıb.
90plus.az xəbər verir ki, o, Braziliya futbolunun hələ də dünyaya meydan oxuduğunu düşünür:
“Bu, braziliyalı futbolçuların və ümumilikdə Braziliyada görülən işlərin, xüsusilə də məşqçilərin keyfiyyətindən xəbər verir. Braziliya dünya futbolunda həmişə Braziliya olaraq qalacaq”.“Botafoqo”nun sahibi Con Tekstor da PSJ üzərindəki qələbə ilə bağlı fikirlərini bölüşüb:
“PSJ dünyanın ən güclü komandasıdır. Ola bilər, bu axşam da ən yaxşı komanda onlardı.
Amma biz ürəklə oynadıq, bəlkə də bu axşam daha çox istədik. Bu formatda onlara qarşı oynamaq bizim üçün böyük şərəfdir.
Biz göstərdik ki, Braziliya klubları da futbol oynaya bilir. Bu axşam ingilis komandası kimi oynadıq”.
PSJ prezidenti Nasser Əl-Xələifi ilə “Lyon” və “Botafogo”nun sahibi Con Tekstor arasında uzun müddətdir gərgin münasibətlər var.
Tekstor “Lyon”un əsas səhmdarı olduqdan sonra keçirdiyi ilk mətbuat konfransında belə demişdi:
“Mən PSJ kimi modelləri sevmirəm. Biz fərqli yolla getmək istəyirik”.
O, sonradan PSJ-nin dövlət tərəfindən maliyyələşdirilən modelini, nəzarətsiz xərclərini tənqid etmiş, Əl-Xələifini isə “zorakı” adlandırmışdı.
Əl-Xələifi də cavabsız qalmamış, Tekstoru “kovboy” adlandıraraq “başqa dünyada yaşayır” demişdi.
Lakin “Botafoqo”nun PSJ-ni Klubların Dünya Çempionatında məğlub etməsindən sonra Tekstorla münasibətləri yumşaldan açıqlamalar verib:
“Nasser çox vacib işlər görüb. Aramızdakı birlik saxta deyil. Fransız futbolunda böhran var və birlikdə olmaq vacibdir. O, həm Fransada, həm də ümumilikdə futbolda böyük bilik sahibidir.
Onun yaxşı yumor hissi var, kovboy papağımı bəyəndi. Dedim ki: ‘Əsl həyatda heç vaxt kovboy papağı taxmıram’.
İndi biz fransız futbolunun xeyrinə birlikdəyik və belə də olmalıdır.
Bu axşam mən Nasserə qarşı oynamırdım. Mən sadəcə stulda oturmuşdum. Nasser də stulda oturmuşdu və meydanda deyildi.
Bizim “Botafogo” komandamız PSJ-ni məğlub etdi, mən Nasserə qalib gəlmədim və Nasser də məni məğlub etməyə çalışmırdı”.