“Bozqurd” kimi sevinən Merihə 2 oyunluq cəza xəbəri gəldi
Qol sevincini "Bozqurd" işarəsi ilə bildirən, UEFA tərəfindən araşdırılan türkiyəli futbolçu Merih Demiralla bağlı təəccüblü hadisə yaşanıb.
90plus.az xəbər verir ki, nüfuzlu alman media orqanı "Bild" Merihin UEFA tərəfindən 2 oyunluq cəzaya məruz qaldığını yazıb.
İddiaya görə, Merih Dəmiralın hərəkətini siyasi simvol kimi qiymətləndirən UEFA bu məsələdə güzəştə getməyəcəyini və Merih Dəmiralı cəzalandıracağını bəyan edib.
Amma Türkiyə Futbol Federasiyası xəbərin həqiqəti olmadığını bildirib və "Sabah səhərə qədər müdafiə üçün vaxtımız var" açıqlamasını verib.
Mənbə: Habertürk
© Copyright 2026, All Rights Reserved