Braziliya DÇ-2026-nı baş məşqçiyə bağışlamır
Braziliya millisinin baş məşqçisi Dorival Juniorun qovulması gündəmə gəlib.
90plus.az xəbər verir ki, yerli media mövsüm sonunda 62 yaşlı mütəxəssisin böyük ehtimalla qovulacağını yazır. Braziliya Futbol Konfederasiyası bu cümə iclasda Dorivalın gələcəyini müzakirə edəcək.
"Real"ın hazırkı çalışdırıcısı Karlo Ançelotti isə əsas namizəddir.
Qeyd: Dorivala yaxın mənbələrin bildirdiyinə görə, məşqçiyə onun gələcəyi və ya mümkün gedişi ilə bağlı hər hansı təcili məlumat verilməyib.
📰: Brasil ESPN
© Copyright 2026, All Rights Reserved