Bruno Fernandeş komandasını “tənbəl” adlandırdı
“Mançester Yunayted” Premyer Liqa Yay Seriyası çərçivəsində “Everton”la qarşılaşmada 2:2 hesablı bərabərliyə razılaşıb.
90plus.az xəbər verir ki, komandanın kapitanı Bruno Fernandeş oyundan sonra komandanın çıxışını tənqid edib və bəzi anlarda komandanın “tənbəl” göründüyünü bildirib:
🔈 “Bu oyunlar necə oynamaq istədiyimizi formalaşdırmaq və yeni futbolçuları kollektivə uyğunlaşdırmaq baxımından vacibdir. Amma bu cür bitirmək istəməzdik. Çıxışımız yaxşı olmadı və bu gün bir qədər tənbəl idik. Bu cür davranışdan qaçmalıyıq, çünki tənbəllik sizə hər an baha başa gələ bilər.”
© Copyright 2026, All Rights Reserved