Bundesliqa: Favoritlər uddu
Bundesliqada dramatik tur: “Bayern Münhen”dən möhtəşəm geridönüş, “Bayer 04” səfərdə qalib gəldi.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasının 31-ci turunda diqqətçəkən qarşılaşmalarından birində “Bayer 04” səfərdə “Köln” üzərində 2:1 hesablı qələbə qazandı:
Köln 1 - 2 Bayer 04
P. Şik 43’ (p) 52’
L. Uolşmit 77’
Turun ən yadda qalan oyunu isə “Maynts” ilə “Bayern Münhen” arasında baş tutdu. Münhen təmsilçisi matçda 0:3 hesabı ilə geri düşməsinə baxmayaraq, inanılmaz geridönüş edərək 4:3 hesablı qələbə qazanıb:
Maynts 3 - 4 Bayern Münhen
D. Kor 15’
O. Nebel 29’
S. Beker 45+2’
N. Cekson 53’
M. Olise 73’
C. Musiala 80’
H. Keyn 83’
Qollar: https://t.me/doxsanplus/116522
Qeyd: "Bayern Münhen” artıq ötən tur çempionluğunu rəsmiləşdirib. Bununla belə, “Maynts” bu mövsüm Bundesliqada münhenlilərin qapısından 3 qol keçirən ilk komanda kimi tarixə düşüb.
31 turdan sonra turnir cədvəlinin ilk pilləsində “Bayern Münhen” qərarlaşıb. “Bayer 04” 5-ci, “Maynts” 10-cu, “Köln” isə 13-cü pillədə yer alır.
© Copyright 2026, All Rights Reserved