“Çelsi” baş məşqçi namizədi ilə əlaqə yaradıb
“Çelsi” yeni baş məşqçi axtarışında: İraola ilə ilk təmas qurulub.
90plus.az xəbər verir ki, "Çelsi" yeni baş məşqçi axtarışını sürətləndirir və klub bu istiqamətdə ilk addımlarını atmağa başlayıb. London təmsilçisinin Andoni Iraola ilə ilkin təmas qurduğu bildirilir - Football London
Məlumata görə, tərəflər arasında aparılan danışıqlar hələlik qeyri-rəsmi xarakter daşıyır. “Çelsi” rəhbərliyi daha çox mütəxəssisin mövcud vəziyyəti və yay planları ilə maraqlanıb, konkret təklif isə hələ gündəmə gətirilməyib.
İraola Premyer Liqada göstərdiyi uğurlu performans sayəsində London klubunun diqqətini cəlb edib və hazırda əsas namizədlərdən biri kimi qiymətləndirilir. Bununla belə, proses ilkin mərhələdədir və tərəflər arasında hər hansı razılaşma əldə olunmayıb.
© Copyright 2026, All Rights Reserved