“Çelsi” formasında nişan daşımaq istəyir
"Çelsi" FIFA Klublararası Dünya Çempionatı qalibi nişanını formasında saxlamaq istəyir.
90plus.az xəbər verir ki, "Çelsi" İngiltərə Premyer Liqasına müraciət edərək 2026/27 mövsümündə də FIFA Klublararası Dünya Çempionatı qalibi nişanını formalarında daşımağa icazə istəyib.
“Telegraph”ın məlumatına görə, London klubu 2025-ci il iyulun 13-də MetLife Stadium-da keçirilən ilk 32 komandalı turnirin finalında PSJ üzərində 3:0 hesablı qələbədən sonra bu hüququ qazanıb.
Əvvəlcə nişanın yalnız bir mövsüm üçün istifadə olunacağı düşünülürdü. Lakin “Çelsi” rəhbərliyi onun növbəti mövsümdə də formaya əlavə olunmasını istəyir.
FİFA qaydalarına əsasən, əsas turnirlərin qaliblərinə çempionluq nişanını daxili və beynəlxalq yarışlarda daşımağa icazə verilir.
© Copyright 2026, All Rights Reserved