Premyer Liqa uğrunda həlledici matç Sumqayıtda olacaq
Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyununun formal ev sahibi müəyyənləşib.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasında yer uğrunda keçiriləcək pley-off qarşılaşması ilə bağlı nominal meydan sahibi məsələsinə aydınlıq gəlib.
Bu məqsədlə keçirilən püşkatma mərasimində Peşəkar Futbol Liqasının nümayəndələri, Premyer Liqanın 11-ci pilləsində qərarlaşan “Qəbələ” və I Liqada ikinci yeri tutan “Mingəçevir” təmsilçiləri iştirak ediblər.
Püşkatmanın nəticəsinə əsasən, qarşılaşmada nominal meydan sahibi kimi “Qəbələ” çıxış edəcək.
PFL-in qərarına görə, həlledici oyun 28 may tarixində Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutacaq. Matç saat 18:30-da start götürəcək və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq. Görüşdə VAR sistemi də tətbiq olunacaq.
Beləliklə, Premyer Liqada qalmaq və ya yüksəlmək uğrunda həlledici duel artıq rəsmi tarix və məkanını alıb.
© Copyright 2026, All Rights Reserved