“Çelsi” istəsə Ç/L-də, istəsə Avroliqada yarışar
“Çelsi” növbəti mövsümdə hansı avrokubokda iştirak edəcəyini özü seçmək imkanını qazana bilər.
90plus.az xəbər verir ki, bu İngiltərə klubunun həm finala yüksəldiyi Konfrans Liqasının qalibi olacağı, həm də Premyer Liqada mövsümü ilk "5-lik"də bitirəcəyi halda mümkündür.
UEFA-nın qaydalarına əsasən, belə olan təqdirdə “Çelsi” 2025/26 mövsümündə Çempionlar Liqası və ya Avropa Liqasında çıxış etmək istədiyinə özü qərar verməlidir.
📰: ESPN
© Copyright 2026, All Rights Reserved