Cob Bellingem: “Qardaşımı izləmirəm”
Cob Bellingem yay transfer dönəmində “Sanderlend”dən “Borussiya” (Dortmund)a keçidindən sonra Almaniyadakı həyatına artıq uyğunlaşıb.
Çoxları onun birbaşa böyük qardaşı Cudun izləri ilə gedəcəyini düşünsə də, gənc yarımmüdafiəçi öz yolunu cızmaq niyyətindədir.
90plus.az xəbər verir ki, "Borussiya”nın səfiri Patrik Ovomoyelayla son söhbətində Cobdan qardaşı Cudun “Real Madrid”dəki oyunlarını izləyib-izləmədiyi soruşulub. Cob bu suala ironik bir cavab verib:
“Yox, yox. Onu izləmirəm, onsuz da kifayət qədər görürəm.”
Bellingem soyadı ilə yanaşı gələn diqqətə baxmayaraq, Cob Dortmunda səssiz-sədasız öz karyerasını qurmağa davam edir.
© Copyright 2026, All Rights Reserved