Darvin Nunyes üçün 2 variant - Klubu heyətə salmadı
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"də çıxış edən Darvin Nunyes mövsümün qalan hissəsində komandada forma geyinməyə bilər.
90plus.az xəbər verir ki, mövsümün əvvəlində İngiltərənin "Liverpul" klubundan "Əl-Hilal"ə transfer olunan 26 yaşlı forvard liqanın ikinci yarısı üçün federasiyaya təqdim edilən siyahıya daxil edilməyib. Buna səbəb legioner limiti göstərilir.
Darvin Nunyes mövsümün ilk hissəsində "Əl-Hilal" forması ilə 24 oyunda meydana çıxıb və 14 qolluq məhsuldarlıq nümayiş etdirib. Lakin mövsümün davamında onun komandada çıxış etməsi mümkün görünmür.
Məlumatlara görə, Avropada transfer pəncərəsi bağlandığı üçün ABŞ-ın MLS liqası futbolçu üçün real seçim hesab olunur. Bildirilir ki, MLS-də transfer dönəmi mart ayının sonuna qədər açıq olacaq.
Bununla yanaşı, ən real ssenarinin Darvin Nunyesin mövsümün sonuna qədər "Əl-Hilal"də qalması və 2026-cı il dünya çempionatından sonra Avropaya qayıtmaq variantlarını dəyərləndirməsi olduğu vurğulanır.
"Əl-Hilal"in baş məşqçisi Simone İnzaqi futbolçunun siyahıya salınmaması ilə bağlı açıqlamasında qərarın çətin olduğunu bildirib:
“Bu, asan qərar deyildi. Nunyes və Pablo çox yaxşı oyunçulardır. Onları bütün matçlarda görmək istəyirəm. Lakin legioner qaydalarını bilirsiniz. Vaxtımız məhdud idi və seçim etməli oldum.”
Beləliklə, Darvin Nunyesin karyerasında yay aylarında ciddi dəyişiklik yaşana bilər.
© Copyright 2026, All Rights Reserved