DÇ-2026: “Neftçi"nin legioneri millisində vacib qol vurub
"Neftçi"nin legioneri Edvin Kuç Dünya Çempionatı-2026-nın seçmə mərhələsində qələbə qolunu vurub.
90plus.az xəbər verir ki, yarımmüdafiəçi millisinin Farer adalarına qalib gəldiyi (1:0) matçın 90+6-cı dəqiqəsində qələbə qolunu vurduqdan sonra fikirlərini bölüşüb:
"Monteneqro millisində fərqlənməyim karyeramın ən yaxşı anlarından biri idi".
"Kənardan hücum etməyi xoşlayıram. Həmin vaxt ya hər şey, ya da heç nə düşüncəsi ilə getdim. Karyeramın ən yaxşı anlarından biri idi.
Əvvəlki günlər bizim üçün bir az çətin keçdi. Psixoloji və fiziki cəhətdən yorğun idik. Meydan da bizə çətinlik yaradırdı. İki matçda altı xalı asanlıqla qazanmayacağımızı bilirdik".
© Copyright 2026, All Rights Reserved