De Brüyne Hazardı qol sayında keçdi
Kevin De Brüyne Belçika millisində Eden Hazardı geridə qoydu.
90plus.az xəbər verir ki, Belçika yığmasının təcrübəli yarımmüdafiəçisi Kevin De Brüyne DÇ-2026-nın seçmə mərhələsində Qazaxıstana qarşı keçirilən oyunda (6:0) uğurlu çıxışı ilə yeni rekorda imza atıb.
“Napoli”nin 34 yaşlı futbolçusu bu qarşılaşmada 2 dəfə rəqib qapısına yol tapıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu nəticə ilə o, yığma komandadakı qol sayını 34-ə çatdırıb və millinin keçmiş ulduzu, “Çelsi” və “Real”ın sabiq oyunçusu Eden Hazardı (33 qol) geridə qoyub.
Belçika millisində ən çox qol vuran oyunçu isə hələ də 89 qolla “Napoli”nin hücumçusu Romelu Lukakudur.
© Copyright 2026, All Rights Reserved