De Rossinin sahib olduğu klub yüksəldi
"Ostiamare" klubu 35 ildən sonra İtaliyada Seriya C-yə yüksəldi.
90plus.az xəbər verir ki, İtaliyanın “Ostiamare” klubu tarixi uğura imza ataraq Seriya C-yə vəsiqə qazanıb. Klubun sahibi Daniele De Rossi bu uğurun əsas memarlarından biri kimi göstərilir.
Məlumata görə, De Rossi klubu maliyyə böhranından – demək olar ki, iflas vəziyyətindən – xilas edib və “Ostiamare”ni yenidən ayağa qaldırıb. Komanda 35 illik fasilədən sonra ilk dəfə Seriya C-yə yüksəlib.
De Rossi karyerasının əvvəllərində də məhz bu klubun akademiyasında çıxış edib, daha sonra isə "Roma" klubuna keçərək yüksək səviyyəli futbolçu kimi tanınıb.
“Gazzetta dello Sport”un məlumatına görə, De Rossi son illərdə kluba ciddi investisiyalar yatırıb. O, həm akademiyanı, həm də əsas komandanı gücləndirib, stadion və məşq bazasını yenidən qurub. Eyni zamanda klub üçün yeni məhsul xətti də yaradılıb.
Yay transfer dönəmində “Ostiamare” 21 futbolçu transfer edib və heyətin orta yaşı 22,5 olub. Bu da klubun gənclərə yönəlik layihə qurduğunu göstərir.
De Rossi klubun hədəfləri barədə belə deyib:
“Biz Romada "Roma" və "Latsio"dan sonra üçüncü böyük komanda olmaq istəyirik.”
Tarixi yüksəliş “Ostiamare”ni İtaliya futbolunda yenidən diqqət mərkəzinə gətirib.
© Copyright 2026, All Rights Reserved