Dieqo Koşta tarix yazdı
Penaltilər seriyasında Sloveniyaya 0-3 hesabı ilə qalib gələn Portuqaliya millisinin qapıçısı Dieqo Koşta keçirilən matçda ilkə imza atıb.
90plus.az xəbər verir ki, Penaltilər seriyasında ardıcıl üç zərbəni dəf edə bilən Koşta bunu bacaran ilk qapıçı kimi tarixə düşüb.
Həmçinin qapıçı qitə çempionatları tarixində penalti seriyasında qola imkan verməyən yeganə qolkiperdir.
Portuqaliyanın qəhrəmanı Koşta Portuqaliya-Sloveniya matçının ən yaxşı oyunçusu seçilib. FOTO
Qeyd: Portuqaliya-Sloveniya matçında oyunsonrası penalti seriyasında 0-3 hesabı ilə qalib gələn Portuqaliya 1/4 finala vəsiqə qazanıb. Onun rəqibi isə Fransa olacaq.
Mənbə: Opta
© Copyright 2026, All Rights Reserved